Bəhrül-məarif haqqında araşdırma

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin Müslihəddin Mustafa Sürurionun Bəhrül-məarif əsəri adlı monoqrafiyası nəşrə təqdim edilib.

 

İnstitutdan bildirilib ki, kitabda Gelibolulu Müslihəddin Mustafa Sürurinin Bəhrül-məarif əsəri, konkret olaraq Əlyazmalar İnstitutunda saxlanılan əlyazma nüsxəsi yer alıb. Əsərin ədəbi-tarixi əhəmiyyətini müəyyənləşdirmək üçün bir sıra analoji nümunələr, o cümlədən Əlişir Nəvainin Mizanül-övzan, Şərəfəddin Rami Təbrizinin Həqayiqül-hədayiq və Ənisül-üşşaq əsərləri müqayisəli araşdırmaya cəlb olunub. Monoqrafiyanın yazılmasında əsas məqsədlərdən biri də Müslihəddin Mustafa Sürurinin Bəhrül-məarif əsərini hərtərəfli tədqiq etmək və onun klassik Şərq poetikası baxımından elmi əhəmiyyətini müəyyənləşdirməkdir.

 

Monoqrafiyanın elmi redaktoruön sözünün müəllifi filologiya elmləri doktoru, professor Azadə Musayeva, rəyçiləri akademik Möhsün Nağısoylu və filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.7.