Vikipediyada Əli bəy Hüseynzadənin övladları ilə bağlı məqalələr

 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri Əli bəy Hüseynzadənin övladları Səlim Turan (1915-1994) və Feyzavər Turan (1919-2020) haqqında məqalələr yaradıblar.

 

Mərkəzi Elmi Kitabxanadan bildirilib ki, Səlim Turan haqqında məqalədə onun heykəltəraş, Türkiyədə nonfiqurativ rəssamlığın banisi, abstraksionizmin dünyada tanınmış nümayəndəsi olduğu bildirilir, rəssamın həyat və fəaliyyəti, əsərləri barədə məlumat verilir.

 

Feyzavər Turan haqqında məqalədə qeyd olunur ki, o, atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Əli bəy Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanı, eləcə də ipək üzərində çap olunmuş Həyat qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bunların bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda İstiqlal Muzeyində qorunub saxlanılır.

 

 

Mədəniyyət.- 2020.- 15 may.- S.7.