“Birlikdə düşünək, birlikdə tapaq

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xüsusi karantin rejimində reallaşdırdığı layihələrdən biri də “Birlikdə düşünək, birlikdə tapaqdevizi altında təşkil edilən ailəvi onlayn viktorinadır.

 

Növbəti viktorina Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunub. Yarışmanın şərtlərinə əsasən, Böyük Vətən müharibəsi mövzusunda 50 suala 60 dəqiqə ərzində cavab vermək lazım idi.

 

Viktorinanın qalibi Kərimovlar ailəsi olub. Qalib ailəyə Respublika Uşaq Kitabxanası tərəfindən 5 kitab hədiyyə edilib.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.