“Məhəbbətə açılan könülçapdan çıxıb

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərlinin Xalq şairi Rəsul Rza yaradıcılığına həsr olunmuş “Məhəbbətə açılan könül” kitabı çapdan çıxıb.

 

Kitabda müasir Azərbaycan sərbəst şeirinin yaradıcılarından olan, müstəqil poetik istiqamətin formalaşmasında ardıcıl axtarışlar aparan Rəsul Rza haqqında müəllifin əhatəli elmi məqaləsi yer alıb.

 

Kitabın “Xalq şairi elmi tədqiqatlarda” adlı ikinci hissəsində Rəsul Rzanın həyat və yaradıcılığı tədqiqatçıların elmi baxış bucağında təqdim edilib.

 

Kitab həmçinin “Rəsul Rza xatirələrdə”, “Rəsulun Nigarı”, “Rəsmlər xoş xatirələrin əksi kimi” hissələrdən ibarətdir.

 

Mədəniyyət.- 2020.- 15 may.- S.7.