ABŞ-da Azərbaycan mətbəxinə həsr edilmiş vebinar

   

Tanınmış kulinar Fəridə Buyuran izləyicilərə fəsəli yaymağı da öyrədib

 

ABŞ-da yaşayan həmyerlimiz, “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının müəllifi Fəridə Buyuranın iştirakı, Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşəbbüsü və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə “Unudulmuş reseptlər və regionların fərqli mətbəxləri” haqqında vebinar keçirilib. Vebinarın aparıcısı səfirliyin əməkdaşı Fidan Muradzadə olub.

 

Fəridə Buyuran əvvəlcə vebinara qatılanlara ölkəmizin unudulmuşunudulmaqda olan bir sıra mətbəx reseptləri barədə məlumat verib, onlara aid fotomateriallar təqdim edib. O, izləyicilərə Azərbaycanın ayrı-ayrı bölgələrinin özünəməxsus mətbəxlərinin xüsusiyyətləri barədə danışıb və ölkəmizin müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib.

 

Təqdim olunan maraqlı reseptlər və məlumatlarla yanaşı, F.Buyuran iştirakçılara Azərbaycan mətbəxindən fəsəlinin hazırlanmasını əyani olaraq göstərib. Qeyd edib ki, özünün keçdiyi dərslərdə iştirak edən amerikalılar arasında bu çörək növünün tərkibi, hazırlanma texnologiyası və dadı böyük marağa səbəb olub. F.Buyuran fəsəlinin olduqca asan hazırlanma qaydasını izləyicilərlə bölüşübonun yaşadığımız Ramazan ayında iftar süfrələrində öz yerini tapa biləcəyini bildirib.

 

Qeyd edək ki, koronavirus pandemiyası zamanı ABŞ-Azərbaycan Ticarət Palatası ölkəmizin Vaşinqtondakı səfirliyi ilə birlikdə mütəmadi olaraq azərbaycanlı icması və ABŞ biznes dairələri üçün müxtəlif mövzularda çoxsaylı vebinarlar təşkil edir. Bundan əlavə, şənbə günləri Azərbaycanın tanınmış mədəniyyət xadimləri ilə onlayn müzakirələr aparılır.

 

Görüş zamanı izləyicilər tərəfindən də maraqlı məlumatlar səsləndirilib.

 

Qeyd edək ki, 2017-ci ildə ABŞ Konqresinin Tomas Cefferson adına Kitabxanasında ABŞ-dakı səfirliyimizin dəstəyi ilə F.Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının təqdimat mərasimi keçirilib. Sözügedən kitab ölkəmizin mətbəxi ilə bağlı Amerika ictimaiyyətinə təqdim edilən ilk nəşrdir.

 

 

Mədəniyyət.- 2020.- 15 may.- S.8.