Abuzər Xələfov haqqında elektron məlumat bazası

   

 

Milli Kitabxana “Azərbaycanda kitabxanaşünaslıq elminin banisi – Abuzər Xələfov” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib. Bu barədə Milli Kitabxanadan məlumat verilib.

 

Məlumatda vurğulanır ki, professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan ziyalılarımızdan olub. O, Azərbaycan kitabxana işinin tarixiniinkişaf istiqamətlərini hərtərəfli tədqiq edib, sanballı monoqrafiyaları ilə ölkəmizdə bu sahənin bünövrəsini qoyub.

 

Elektron məlumat bazasına aşağıdakı linkdən daxil olmaq mümkündür: http://anl.az/el/emb/A.Xelefov/index.html

 

 

Mədəniyyət.- 2020.- 1 may.- S.6.