Topal Teymur dramının 95 illiyi ilə bağlı onlayn elmi sessiya

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin Topal Teymur dramının yazılmasından 95 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin ev-muzeyi əməkdaşlarının onlayn elmi sessiyası keçirilib.

 

Elmi sessiyada Topal Teymur əsərinin yenidən nəşrə hazırlanması ingilis dilinə tərcüməsi vəziyyəti müzakirə edilib.

 

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı əsərin milli-mənəvi, tarixi bədii əhəmiyyətindən bəhs edərək böyük şair-dramaturqun yaradıcılığında ümumbəşəri səciyyənin yeri rolundan, o cümlədən Topal Teymur dramının aktuallığını şərtləndirən amillərdən danışıb. O, əsərin tərcümə təkrar nəşrə hazırlanması işinin bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Çıxışlarda Topal Teymur əsərinin son 95 ildə nəşr və səhnələşdirilmə tarixi, elmi-nəzəri və ədəbi-bədii tədqiqatlara cəlb olunması və s. məqamları əks etdirən ədəbi-tarixi xronikanın hazırlandığı diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2020.- 1 may.- S.2.