Beynəlxalq Caz Günüvirtual məkanda qeyd olundu

 

 

30 aprel – Beynəlxalq Caz Günü (İnternational Jazz Day) hər il dünyanın bir çox ölkələrində məşhur ifaçıların konsert proqramları, müxtəlif təqdimatlarla müşayiət olunurdu.

 

Bu dəfə isə dünyanı bürüyən pandemiya üzündən əlamətdar gün virtual məkanda – sosial şəbəkə platformalarında cazmenlərin onlayn ifaları ilə qeyd edildi. O cümlədən bu günün təşəbbüskarı olan UNESCO-nun rəsmi saytı və “Twitter”, “Facebook” səhifələrindən onlayn təqdimatlar oldu.

 

Qeyd edək ki, Beynəlxalq Caz Günü 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlikdialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

 

Ölkəmizdə də caz musiqisinin zəngin tarixi, dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

 

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda NiyaziTofiq Quliyevin yaratdığı Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estradacaz musiqisinin ikinci həyatı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdı. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

 

Azərbaycan cazı bu gün də gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabski, Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

 

 

Mədəniyyət.- 2020.- 1 may.- S.3.