Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəfat edib

 

 

Mədəniyyət Nazirliyi  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi işlər üzrə direktor müavini Natiq Mustafayev 2020-ci il aprelin 28-də, 60 yaşında dünyasını dəyişib.

 

Natiq Kamal oğlu Mustafayev 23 may 1960-cı ildə anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) fortepiano ixtisası üzrə bitirib. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub. Pedaqogika üzrə fəlsəfə doktoru idi.

 

Natiq Mustafayev müxtəlif dövrlərdə Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzində metodist, baş metodist Bədii təhsil şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 1 may.- S.4.