Azərbaycan poeziyası Rusiya jurnalında

 

Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə layihəsi çərçivəsində növbəti təqdimata Rusiyanın Kamerton jurnalında yer verilib.

 

Saratov Dövlət Konservatoriyasının nəşri olan jurnalda müasir Azərbaycan poeziyası nümunələri dərc olunub.

 

Tərcümə Mərkəzindən bildirilib ki, Kamertonun aprel nömrəsində xalq şairləri Bəxtiyar Vahabzadənin Ayrılıq, Nekroloq, Vaqif Səmədoğlunun Qaya, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun Köhnə körpünün yanında və Mənsur Vəkilovun Azərbaycan, Bu yeni fikir deyil şeirləri işıq üzü görüb.

 

Mədəniyyət.- 2020.- 1 may.- S.7.