Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə yer alıb

 

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

 

ReytinqTurstatturizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

 

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib.

 

Beynəlxalq Rəqs Günü 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

 

Turstat” portalında reytinq rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

 

Mədəniyyət.- 2020.- 1 may.- S.1.