Bizi birləşdirən mədəniyyət layihəsində görkəmli sənətkarlar yada salınır

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə həyata keçirdiyi Bizi birləşdirən mədəniyyət layihəsi çərçivəsində gerçəkləşən Əbədiyaşarlarımız telehəftəsi bu dəfə (27 aprel 3 may) görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub.

 

Həftə ərzində hər iki bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, operabalet musiqiləri, kamerasimfonik əsərləri, mahnıları və s. səsləndirilir. Layihənin buraxılışlarında Əməkdar artist İlham Nəzərov, Nərgiz Əliyeva və Ayla Kərimova- Zəkəriyyənin ifalarında hər iki bəstəkarın yaradıcılıqlarından nümunələr təqdim edilib.

 

Aprelin 29-da Vasif Adıgözəlovun Natəvan operası telekanalda nümayiş olunub. Eyni zamanda layihədə iştirak edən müəssisə musiqi məktəbləri kollektivlərinin ifalarında bəstəkarların əsərlərindən ibarət üç dəqiqəlik videoroliklər təqdim edilib.

 

Qeyd edək ki, Bizi birləşdirən mədəniyyət layihəsinin həftə buraxılışında həmçinin tarzən, Xalq artisti, professor Ramiz Quliyevin doğum günü ilə əlaqədar aprelin 30-da sənətkarın solo konserti tamaşaçılara təqdim olunub. Həmin gün Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında nümayiş olunan M.Maqomayevin Şah İsmayıl operasının lent yazısı da sənətsevərlər üçün nümayiş etdirilib.

 

Layihə üzrə mayın 2-də Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli solo ifası ilə tamaşaçıların görüşünə gələcək.

 

Aprelin 1-dən davam edən Bizi birləşdirən mədəniyyət layihəsinin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək milli musiqi alətlərimizi, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 1 may.- S.3.