UNESCO-ya üzv ölkələrin milli komissiyalarının onlayn görüşü keçirilib

Görüşdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihə və təşəbbüslər barədə də məlumat verilib

 

Aprelin 29-da UNESCO-ya üzv ölkələrin milli komissiyalarının birinci onlayn görüşü keçirilib. 40-dan çox ölkənin təmsilçisinin çıxış etdiyi görüşün məqsədi COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESCO tərəfindən həyata keçirilən tədbirlər və milli komissiyalarla əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

 

Əvvəlcə UNESCO baş direktorunun Afrika prioritetixarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətini vurğulayıb. Sonra təhsil, mədəniyyət, sosialhumanitar elmlər, kommunikasiyainformasiya, təbiət elmləri və digər sahələr üzrə UNESCO Katibliyinin hesabatları dinlənilib və pandemiya şəraitində qurum tərəfindən qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər, eyni zamanda mövcud çətinliklər və mümkün çıxış yolları barədə təqdimatlar edilib.

 

Daha sonra milli komissiyaların nümayəndələri təmsil etdikləri ölkələrdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək, fikir mübadiləsi aparıblar.

 

Görüşdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov da çıxış edib.

 

E.Sultanov çıxışında pandemiya ilə mübarizə çərçivəsində UNESCO-nun təhsil, mədəniyyət, elminformasiyakommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər, müvafiq layihə və təşəbbüslərə dair məlumat verib. O, Təhsil Nazirliyi tərəfindən ölkədə teledərslərin təşkil edildiyinibu günədək artıq 1000 dərsin keçirildiyini bildirib. Həmçinin Virtual məktəb layihəsi haqda məlumat verilib, 600 min şagird və 50 min müəllimin bu layihədə iştirak üçün qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən Kreativ Azərbaycan layihəsi və Evdə qal, evdə yarat təşəbbüsü haqda məlumat verən baş katib ölkəmizin UNESCO-nun ResiliArt hərəkatına qoşulduğunu bildirib.

 

E.Sultanov həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən görülən işlərə dair məlumat verib. Milli Komissiyanın UNESCO və aidiyyəti dövlət qurumları arasında sıx əlaqələndirməni təmin etdiyi vurğulanıb.

 

Sonda E.Sultanov UNESCO və milli komissiyalar arasında dialoqun müntəzəm şəkildə davam etdirilməsi, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Baş katib pandemiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məqsədilə UNESCO tərəfindən milli komissiyaların gələcək fəaliyyətinə dair yol xəritəsinin hazırlanmasını təklif edib.

 

Tədbirin yekununda UNESCO-nun Üzv ölkələr və tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bütün iştirakçılara təşəkkür edibmilli komissiyalar tərəfindən səsləndirilən təklifləri nəzərə alacaqlarını diqqətə çatdırıb.

 

 

Mədəniyyət.- 2020.- 1 may.- S.3.