Virtual tamaşalar davam edir

  

Teatrlar üçün xüsusi karantinsosial təcrid rejimi davam etdiyi üçün yaradıcı heyətlər hələlik virtual məkanda tamaşaçılarla görüşə gəlməkdə davam edirlər.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmişAh, bu uzun sevda yolu” mayın 30-da sənət ocağının “Facebook” hesabı vasitəsilə canlı yayımlanacaq.

 

Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Hacı İsmayılov, əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edir.

 

Milli Dram Teatrının repertuarından daha bir nümunə –  gürcü dramaturqu A.SaqarelininXanuma” əsərinin tamaşası mayın 31-də sənət ocağının “Facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Mikayıl Mikayılovun quruluşunda təqdim olunacaq səhnə əsərində rolları xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Zemfira Nərimanova, əməkdar artistlər Mətanət Atakişiyeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları çıxış edir.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturqaktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası mayın 24-də sənət ocağının sosial şəbəkə hesabı vasitəsilə nümayiş ediləcək. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.

 

Mayın 23-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Youtube” kanalından “Cik-cik xanım” tamaşası nümayiş etdiriləcək. Tamaşa uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib. Balaca bir sərçə yalan danışırmış. Bunu bilən şah onu cəzalandırmaq istəyir. Lakin anasının və dostlarının xahişi ilə onu bir daha belə hərəkət edib insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.

 

Yuğ Dövlət Teatrı Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbirqazma üsulu” tamaşasını mayın 21-də virtual formatda təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir. Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.

 

Mədəniyyət.- 2020.- 20 may.- S.3.