Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə Qran-pri qazanıb

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Rauf Hacıyev adına 15 nömrəli onbirillik Uşaq musiqi məktəbi “Astana ulduzları” Beynəlxalq Festival Hərəkatının təşkilatçılığı ilə keçirilən I Beynəlxalq “Grand pianoonlayn müsabiqəsində təmsil olunub.

 

Məktəbin fortepiano ixtisası üzrə VI sinif şagirdi Samirə Cəfərli müsabiqədə uğurlu çıxış edərək Qran-pri mükafatına layiq görülüb.

 

Həmçinin məktəbin müəllimi, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova gənc nəslin musiqiestetik tərbiyəsinə verdiyi töhfələrə görə təşəkkürnamə ilə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.6.