Özbəkistan portalı işğal olunmuş ərazilərimizdə dağıdılan abidələrdən yazıb

 

 

Özbəkistanın “interpress.uz” portalında işğal olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan və talan edilən tarixi-mədəniyyət abidələri haqqında məqalə yayımlanıb.

 

Rus dilində çap olunan məqalədə bildirilir ki, bu ərazilərdə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzeymuzey filialı, 4 rəsm qalereyası, 4 teatr binası, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi dağıdılıb və məhv edilib.

 

Məqalədəki fikirlər Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimova istinadla verilib.

 

Yazıda deyilir ki, Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Bildirilir ki, 1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə, 706-sı dövlət tərəfindən mühafizə edilirdi.

 

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.3.