Çay üstündə qalam, hey...

 

Kəlbəcər rayonu qədim tarix yadigarları ilə zəngin idi

 

Sənə həsrət cadar dodaqlar adını təkrarladıqca yetmək, qovuşmaq inamımız da birə-min artır. Çünki bu dəfə milyonlar bir ağızdan sən də daxil olmaqla bütün yağmalanmış yurd yerlərimizi zikr edir. Demək, yal-yamaclarında gəzməyimizə, saf sularında arınmağımıza çox az qalıb, ey dağlar gözəli Kəlbəcər.

 

Bu gün müzəffər Ordumuzun addım-addım yağı tapdağından azad etdiyi yurd yerlərimiz sıralandıqca sən də səbirsizlənirsən, bilirəm. Amma darıxma, ürəyi dağ boyda oğullarımız çox keçməz sənin də torpağını öpüb, bağır basarlar...

 

“Kəlbəcər” toponimi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçerkimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/carqala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca sıra ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Bir sıra qədim türk tayfalarının adı bu gün də Kəlbəcərdəki toponimlərdə yaşayır.

 

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri aşkar edilib. Buradakı qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”idir. Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın qədim insan məskəni olduğunun sübutudur. Kustar şəkildə, bazalt daşına həkk edilmiş ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu qayaüstü təsvirlər Tunc dövrünə (e.ə. III-II minilliklər) aid edilir.

 

Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq da var idi ki, onların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar kəndlərinin ərazisində idi. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin idi.

 

Rayonun daş plastikası da çox maraqlıdır. Burada müxtəlif atqoç fiqurlarından, qəbirüstü memorial qabartmalardan və nəhayət, daşdan yonulmuş insan təsvirləri olub ki, bu da Azərbaycanda Orta əsrlərdə müxtəlif dini ehkamyasaqlara baxmayaraq, özünəməxsus xalq heykəltəraşlığının inkişafını təsdiqləyən örnəkdir.

 

Rayon ərazisindəki digər tarixi memarlıq abidələri də bu torpaqlar erməni vandalları tərəfindən işğal olunan tarixə qədər – 1993-cü ilin 2 aprelinədək varlığını qoruyub saxlayırdı. Amma hər zaman xüsusi vəhşiliyi ilə seçilən üzdəniraq qonşularımız bu abidələri də vandalizmə məruz qoyublar. Unutmayaq, tarixin həqiqət adlı bir daş dili varümid edək ki, biz tezliklə o yurd yerlərinə qayıtdıqda həmin daşlar “dillənəcəklər”...

 

 

 

Qanlıkəndin basılmaz qalası

 

 

 

Kəlbəcər rayonundakı dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkəndin kəndi ərazisində Lev çayının sağ tərəfindən 600 metrə yaxın məsafədə dağlıq ərazidə salınıb. Üç tərəfdən sıldırım qayauçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq mümkündür. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5-4 metr arasında dəyişir. Divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilib. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Daxilində qaya içində qazılmış sututarlar, ərzaq saxlancları və s. olan qala XIII-XIV yüzilliklərin abidəsi hesab edilir.

 

 

 

Gəncəsər monastırı

 

 

 

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı bölgənin məşhur tarix yadigarlarındandır. Abidə Qafqaz Albaniyası katolikoslarının iqamətgahı olub.

 

Elmi ədəbiyyatlarda “Xəznədağ məbədi” adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb, bütxana - ziyarətgah olub. Alban Həvari Kilsəsi öz varlığını 1836-cı ilə kimi qoruya bilib. Həmin il çar Rusiyası tərəfindən erməni Qriqorian kilsəsinin tabeliyinə verilərək fəaliyyəti dayandırılıb. Həmin dövrdən ermənilər alban dini abidələrini, o cümlədən Gəncəsər monastırını (“Qanzasar” adı ilə) da öz adlarına çıxaraq dünyaya təqdim edirlər.

 

Kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarət kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarında hücrələr və yardımçı binaların bir sıralı otaqları birləşirdi. Kompleksin cənub qapısına yaxın olan kilsə 1216-1238-ci illər arasında alban knyazı Həsən Cəlal tərəfindən tikdirilib. Abidənin memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verirdi.

 

 

 

Arzunun izi qaldı...

 

 

 

Kəlbəcərin Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən hesab olunur.

 

Əfsanəyə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunub. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal edilir. Əsas inşaat işləri XIII əsrdə alban knyazı Vaxtanqın zamanında aparılıb. Monastır kompleksinin tərkibində iyirmidən çox tikilitikili qalıqları var. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın həyat yoldaşı Arzu xatın tikdirib. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan məbədin interyerindəki freskaları Arzu xatın və onun qızları işləyib. Kilsənin qərb və şimal baş tağları daş üzərində incə oyma naxışlarla bəzədilib.

 

Kompleksin əsas binası Böyük Həsən kilsəsi idi. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, Orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu kitabələr qalıb. Kitabələrdə göstərilən bir sıra adlar: Arzu xatın, Tursun, Seyti, Həsən, Şəms, Altun, Ağbux, Qaragözs. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.

 

Binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilib. Damları isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülüb. Monastıra daxil olan tikililərin divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar da həkk edilib. Tikilinin ətrafı, digər alban monastırlarında olduğu kimi, möhkəm divarlarla əhatələnib.

 

Torpaqlarımız işğal edildikdən sonra Xudavəng məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalıb. Düşmən abidədəki alban izlərini silərək tarixi saxtalaşdırıb.

 

 

 

Ulu yurdun dağıdılan muzeyi

 

 

 

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə yaradılıb. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. 30 mindən çox eksponata malik muzeyin çöl divarlarında cürbəcür çalarlı daşlardan istifadə edilib. Bu divarlarda müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluqbir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü atqoç heykəlləri nümayiş etdirilirdi.

 

Mütəxəssislər Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiyabir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparmışdılar.

 

1993-cü ilin aprelində ermənilər tərəfindən işğal olunan Kəlbəcər rayonu ərazisindəki digər maddi mədəniyyət nümunələrimiz kimi Tarix-Diyarşünaslıq Muzeyitalan edilib.

 

Hazırladı: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 6 noyabr.- S.5.