Vandalizmin tarixi eksponatı

 

Ermənilərin atdığı raketlər Tərtərdə muzeydə nümayiş olunacaq

 

Bu günlər  Ermənistan silahlı qüvvələri tərəfindən ən çox raket-artilleriya atəşinə məruz qalan bölgələrimizdən biri Tərtər rayonudur. Vətən müharibəsinin davam etdiyi ayyarım ərzində Tərtər şəhərinə, rayonun kəndlərinə minlərlə mərmi düşüb.

 

Rayon ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix-Diyarşünaslıq Muzeyinə gətirilib.

 

Raket qalıqları muzeydə sərgilənəcək. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.

 

Mədəniyyət.- 2020.-  11 noyabr.- S.4.