Qala-şəhərin gümüş açarı

 

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlarbayraqlar fondunda Şuşa qalasının gümüş açarları saxlanılır.

 

Muzeydən bildirilib ki, açarlar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülüb, müxtəlif yollarla Azərbaycandan çıxarılıb və 1888-ci ildə Tiflisdə açılmış Qafqaz Hərb Tarixi Muzeyinə verilib. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və şəhər-qalaların açarları da Tarix Muzeyinə təhvil verilib.

 

Şuşa qalasının açarları gümüşdən hazırlanaraq qızılı, gümüşü saplarla toxunmuş qotazlarla işlənib. Muzeydə qorunan bu açarlar Şuşa şəhərinin tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

 

Mədəniyyət.- 2020.- 13 noyabr.- S.1.