Dirijor Əyyub Quliyev Macarıstanda ordenlə təltif olunub

 

Macarıstan Prezidenti Yanoş Aderin sərəncamı ilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı – “Qızıl Xaçordeni ilə təltif olunub.

 

Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq görülüb.

 

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2020.- 18 noyabr.- S.8.