Mədəniyyət müəssisələrinin onlayn tədbirləri

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrin fəaliyyətinə dair növbəti videokonfrans keçirilib.  İdarə rəisi Əhməd Ramazanovun iştirakı ilə keçirilən onlayn iclasda müəssisələrin vətənpərvərlik mövzusunda hazırladığı videoçarxlar barədə müzakirələr aparılıb, virtual məkanda aktivliyin artırılması, müasir texniki imkanlardan daha geniş istifadə olunması diqqətə çatdırılıb.

 

İdarə rəisi mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə pandemiya ilə mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, elektron xidmətlərə daha çox üstünlük verilməsi barədə müvafiq tapşırıqlar verib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvləri gənc yazar, şair Tural Qəlbinurla “Dünya uşaqların gözü ilə” adlı onlayn görüş keçirib. Gənc şair ölkəmizdə milli dəyərlərin zənginliyindən, Vətən övladlarının tarixin şanlı səhifələrinə yazdığı qəhrəmanlıq salnaməsindən geniş söhbət açıb.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara Dövlət Rəsm Qalereyası pandemiya dövründə yeniyetmə və gənc həvəskar rəssamlar arasında onlayn müsabiqələr təşkil edir. “Təmiz əllər” onlayn müsabiqəsində iştirak etmiş 12 həvəskar rəssamdan 4-nün əl işləri fərqləndirici yerlərə layiq görülüb. Onlayn müsabiqədə fərqlənənlərə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla diplomlar və fəxri fərmanlar təqdim olunub.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq kitabxanasında “Uşaq hüquqları və Azərbaycan” adlı onlayn tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxananın müdiri Ellada Rəhimova 20 noyabrDünya Uşaq Günü barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu gün BMT Baş Assambleyası tərəfindən 1959-cu il 20 noyabrdaUşaq hüquqları Bəyannaməsi”nin qəbul olunması münasibətilə təsis edilib.

 

Samux rayon MKS-nin Uşaq şöbəsi də əlamətdar günlə bağlı “Uşaqların hüquqlarını qoruyaq” adlı onlayn tədbir keçirib. Şöbənin müdiri Venera Məmmədova çıxış edib. Fəal oxucular tərəfindən şeirlər səsləndirilib. Sonda şöbə müdirinin hazırladığı videoçarx nümayiş olunub.

 

Samux rayon Heydər Əliyev Mərkəzində isə ilə bununla əlaqədar uşaqlar üçün ekskursiya təşkil edilib. Mərkəzin elmi işçisi Güləbətin Əliyeva uşaqları ekspozisiya zalı ilə tanış edib. Ekskursiya zamanı uşaq hüquqları barədə məlumat da verilib.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə MKS-nin 16 nömrəli kitabxana filialı “Azərbaycanın şanlı qələbəsi” mövzusunda onlayn şeir saatı keçirib. Vətən müharibəsində  qazandığımız zəfərə həsr olunan tədbirə mərkəzin əməkdaşları və 8 saylı orta məktəbin şagirdləri qatılıb.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər klubu, Türkmən kənd klubu, Kələntərli kənd Mədəniyyət evi və 5 nömrəli şəhər klubu Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar videoçarx ərsəyə gətiriblər.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 25 noyabr.- S.3.