“Mədəniyyət/Culture” jurnalının növbəti sayı çapdan çıxıb

 

 

Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalın növbəti sayı çapdan çıxıb.

 

Bu sayın özəl mövzuları yenə də Azərbaycan Cümhuriyyətindən başlayır və bu dövrün maraqlı, faciəvi şəxsiyyətlərindən birindən - Ömər Faiq Nemanzadədən, onun naməlim məktublarından bəhs edilir...

 

 “Ədəbiyyat” rubrikasında mərhum şair, böyük vətəndaş, qəlbi vətən yanğısı ilə yanıb-yaxılan Şahmar Əkbərzadədən və poeziyamızın ağsaqqallarından olmuş Fikrət Sadıqdan söz açılır....

 

Dünyaca məşhur vokalçı soydaşımız, məşhur olduğu qədər də faciəli tale yaşamış  Eldar Əliyevdən söz açır istedadlı musiqişünas alimimiz Zümrüd xanım Dadaşzadə...

 

Dünya mədəniyyəti” rubrikasında Şimali Kipr Müasir İncəsənət Muzeyi və həmyerlilərimizin də iştirak etdiyi layihələr haqqında professor Əli Efdalın yazısı da jurnalda yer alıb.

 

Jurnalın bu sayında, həmçinin Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ilə müsahibə, “Vətən uzaqda deyil”də bəstəkar Xədicə Zeynalova, “Portret”də arxeologiya elminin uzmanlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev haqqında yazılar, digər maraqlı materiallar yer alıb.

 

Mədəniyyət.- 2020.- 27 noyabr.- S.7.