İCESCO işğalçı ölkəni beynəlxalq hüquqa riayət etməyə çağırır

 

 

Ermənistan işğalçı qüvvələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması və Azərbaycan Ordusunun buna cavab tədbirləri beynəlxalq birliyin diqqətini yenidən bu problemə yönəldib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO da məsələyə münasibət bildirib.

 

İCESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından verilən məlumata görə, təşkilatın yaydığı açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son inkişaf dinamikasından, eləcə də arxeoloji, tarixi məkanların, məscid və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlıq ifadə olunur. İCESCO münaqişə tərəflərini son dərəcə təmkinli davranmağa, dialoqaİslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş qərarlara əməl etməyi zəruri sayır.

 

İCESCO həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistana xatırladaraq, tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə, beynəlxalq humanitar yardımın bölgəyə maneəsiz daxil olmasına imkan verməyə və region ölkələri arasında barışıq, mehriban qonşuluqkonstruktiv əməkdaşlığı möhkəmləndirməyə çağırır.

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.2.