UNESCO-nun rəhbərliyi Ermənistanın son təxribatı barədə məlumatlandırılıb

 

 

Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO-nun baş direktorunun Prioritet AfrikaXarici əlaqələr üzrə müavini Firmin Edouard Matoko ilə görüşüb.

 

Görüşdə sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin intensiv atəşə tutulması və hərbi mövqelərimizə hücum barədə danışılıb. Dinc insanları müdafiə etmək, eyni zamanda ölkəmizin ərazi bütövlüyüsuverenliyini qorumaq məqsədilə Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarına qarşı əks-həmlə əməliyyatlarına başlanıldığı qeyd olunub.

 

UNESCO-nun əsas məqsədi mədəni irsin qorunmasıdır” deyən A.Qocayev bildirib ki, Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni irsimizi dağıtmaqla azərbaycanlıların regionda izlərini silməyə çalışır. Diqqətə çatdırılıb ki, bu günlər Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alan Azərbaycan xalça sənətini yaşadan məkanlardan biri – Tərtər rayonundakı xalça fabrikinə də ciddi ziyan dəyib. Bu faktlar UNESCO-nu da narahat etməlidir.

 

Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması faktına beynəlxalq təşkilatların, o cümlədən yaxın tərəfdaş olan UNESCO-nun ədalətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan beynəlxalq təşkilatlardan cəzasızlıqdan istifadə edən Ermənistanın mülki əhalimizə qarşı hərbi hücumlarını pisləyən qəti mövqe gözləyir.

 

Firmin Edouard Matoko məlumatı UNESCO baş direktorunun diqqətinə çatdıracağını bildirib.

 

 

Mədəniyyət.- 2020.- 1 oktyabr.- S.2.