Gənc vokalçının beynəlxalq müsabiqədə uğuru

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə Makedoniyada onlayn formatda keçirilmişMusicland 2020” beynəlxalq müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

 

Müsabiqənin nəticələrinə görə gənc azərbaycanlı vokalçı “Golden Musicland stardiplomuna layiq görülüb. Müsabiqənin prezidenti Toni Aleksovski tərəfindən ona gələn il layihədə iştirak etmək təklifi gəlib. Qeyd edək ki, “Musicland 2020” müsabiqəsində ümumilikdə 36 ölkə təmsil olunub.

 

Mədəniyyət.- 2020.-  1 oktyabr.- S.5.