Haqq savaşında qələbə bizimlədir!

 

 

Rəşadətli Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Ölkədə kiçikdən-böyüyə hər kəs kimi mədəniyyət və incəsənət xadimləri, o cümlədən Yuğ Dövlət Teatrının kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, yeni qələbələrin müjdəsini gözləyir.

 

Bu sözlər Yuğ Dövlət Teatrının kollektivinin Prezident İlham Əliyevə müraciətində vurğulanıb.

 

Müraciətdə deyilir: “Dədə-baba torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda yenilməz Ordumuzun əldə etdiyi nailiyyətlər, işğalçı Ermənistan silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbələr bizi çox sevindirir. Terrorçu Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti təxribat cəhdi Ordumuzun qüdrəti və dəqiq seçilmiş hərbi taktikanın sayəsində fiaskoya uğrayıb. Şəhidlərimizin, mülki vətəndaşlarımızın qanı yerdə qalmayıb. Xalqımız yekdilliklə Qarabağın yağı düşmən tapdağından azad olunacağı günün yaxında olduğuna inanır və dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyir.

 

Ordumuz heç bir dövlətin ərazisinə göz dikməyib, öz əzəli torpaqlarını azad etmək uğrunda mübarizə aparır və bu mübarizədə beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Ən önəmlisi isə odur ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu ədalətli mübarizədə Azərbaycan inamlı qələbə qazanacaqöz ərazi bütövlüyünü bərpa edəcək.

 

Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi bu qəti addımlarınızı alqışlayır. Sizin rəhbərliyinizlə şanlı Ordumuzun haqq savaşında qələbə qazanacağına inanır və bildiririk ki, əmrinizlə hər an silaha sarılmağa hazırıq.  

 

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!”.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.5.