Amnesty İnternational” Ermənistanın mülki əhaliyə hücumlarını niyə görməzdən gəlir?

 

 

Amnesty İnternationalbir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi.

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüzlə əlaqədar “Amnesty İnternational” təşkilatının  həqiqətdən uzaq açıqlamasından bəhs edərkən deyib.

 

H.Hacıyev bildirib ki, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran “Amnesty İnternational”, əslində, siyasi sifarişlər yerinə yetirməklə QHT fəlsəfəsinə böyük zərbə vurur: “BizAmnesty İnternational”ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.

 

Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zamanKasetli hərbi sursatlar haqqında konvensiyaya, ilk növbədə, özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir.

 

Sual olunur: Amnesty İnternational” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir. Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olub, 141 mülki şəxs isə yaralanıb.

 

Ermənistanın bu raket hücumları beynəlxalq mülki aviasiya üçünböyük təhlükə törədir.

 

Bundan başqa, özünü “ədalət carçısı” kimi qələmə verən “Amnesty İnternational” nədən Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən qətnamələrini icra etməyə çağırmır.

 

Bu saxtakar təşkilat Azərbaycan cəmiyyətində ikrah doğurur. Amnesty İnternational” və bu qəbildən olan “qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə ən düzgün qiyməti sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev vermişdir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.3.