Ülviyyə Heydərovanın monopyesi beynəlxalq festivalda qalib gəlib

 

 

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodram Festivalında qalib gəlib. Əsər 26-27 oktyabr tarixində Gürcüstanın Batumi şəhərində keçiriləcək festival çərçivəsində açıq havada nümayiş olunacaq.

 

Qaliblər sırasında yazıçılar Guga Mgeladze, Vaxtanq Pirtsxalava, Kita Çxomariya, Aleks Çiqvinadze, Olqa Annenko, Mixail BaşkirovYuliya Boçarovanın əsərləri də yer alıb.

 

Ü.Heydərova bu pyeslə 2018-ci ildə Almaniyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib, həmçinin 2019-cu ildə Moskvada keçirilən “XXI əsr - ilk hadisə” Beynəlxalq müasir dramaturgiya müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib.

 

Bundan başqa, əsər 2020-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya qoyulub. Tamaşanın premyerası karantin rejimi bitəndən sonra keçiriləcək.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.6.