Kamal Abdullanın “Seçilmiş əsərləri”nin yeni cildi çapdan çıxıb

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçüncü cildi çap olunub.

 

ADU-dan bildirilib ki, üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şairlərinin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin problematik aspektlərindən bəhs edən esseləri, Azərbaycan və xarici ölkələrin teatrlarında səhnələşdirilmiş pyesləri daxil edilib.

 

Kamal Abdullanın bu cilddə toplanan seçilmiş pyesləri müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı teatrlarında, həmçinin GürcüstanEstoniyada səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb.

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.7.