Silahlı Qüvvələrə Yardım Fonduna ianələr

 

 

Mədəniyyət Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb. Nazirlik  Aparatının əməkdaşlarının könüllü iştirakı ilə Fonda 80 000 manat ianə edilib.

 

Ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texnikisosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə hüquqifiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

 

Bu günlər bütün Azərbaycan cəmiyyəti Ordumuza dəstək aksiyalarına səfərbər olub. Eyni zamanda müxtəlif qurumlar, təşkilatlar, özəl şirkətlər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir. Bu aksiyalarda mədəniyyət müəssisələri də iştirak edir.

 

***

 

Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda döyüşən rəşadətli Ordumuza dəstək hər bir azərbaycanlının müqəddəs borcudur. Azərbaycan İstiqlal Muzeyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna muzey əməkdaşlarının könüllü iştirakı ilə ianə edib.

 

Azərbaycan Milli Kitabxanası da ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna kitabxananın əməkdaşlarının könüllü iştirakı ilə 41 459 manat vəsait köçürüb.

 

Ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə dəstək olaraq Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat vəsait köçürüb.

 

***

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları da torpaqlarımızın azad edilməsi uğrunda şərəflə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər. Məlumatda qeyd olunur ki, AMM-in əməkdaşları Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizədə ölkəmizin haqq işinə dəstək olmaqdan qürur duyur və Azərbaycan dövlətinin, müzəffər Ordumuzun yanındadır.

 

 

Mədəniyyət.- 2020.- 7 oktyabr.- S.3.