Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi açılacaq

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşkilatçılığı ilə oktyabrın 12-i saat 20:00-da Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi açılacaq. Sərgidə tanınmış rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun əsərləri nümayiş olunacaq.

 

Qalereyadan verilən məlumata görə, sərgi Ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunur.  Virtual sərgi Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədi daşıyır. Sərgini ADRQ-nın sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

İzləyicilər Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işləri ilə tanış olacaqlar.

 

Elturan Avalov 20 avqust 1940-cı ildə Bakıda anadan olub. Qrafika rəssamı kimi onun yaradıcılığı çoxşaxəlidir. Rəssamın ŞuşadakıSeyidli məhəlləsi”, “Xoca MərcanlıHacı Yusifliməhəllələrinin, “Aşağı Gövhər Ağa məscidiətrafında yerləşən məhəllənin, “Tacir Məşədi Tağının evi”, “Gəncə darvazasıkimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimisosial izolyasiya, komendant saatı şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.2.