Qarabağ – mədəniyyətimizin beşiyi

 

Mədəniyyət Nazirliyi tərəfindən internet məkanda həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi davam edir.

 

Layihə çərçivəsində işğal altındakı torpaqlarda qalmış tarixi abidələrimiz, dağıdılan, talan edilən mədəniyyət ocaqları, memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda ermənilər tərəfindən saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlər nazirliyin saytında, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif saytelektron resurslarda yayılır. Foto illüstrasiyalarla müşayiət olunan paylaşım materialları ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırılır.

 

Bu silsilədən materialların bir qismini təqdim edirik.

 

Mədəniyyət.- 2020.-9 oktyabr.- S.5.