Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış-sərgi

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək məqsədilə satış-sərgi təşkil ediləcək.

 

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə reallaşacaq.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, satışdan əldə olunan vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

 

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 manat dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar məlumatları art@artgift.az ünvanına göndərməlidirlər.

 

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri “Artgift” reyestrində qeydə alınacaq və yayımlanacaq.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.5.