Qarabağ – mədəniyyətimizin beşiyi

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

 

Foto illüstrasiyalarla müşayiət olunan paylaşım materialları ingilis dilində də müxtəlif saytelektron resurslarda yayılaraq beynəlxalq ictimaiyyətə çatdırılır.

 

Bu silsilədən materialların növbəti qismini təqdim edirik.

 

Mədəniyyət.- 2020.- 14 oktyabr.- S.4.