El bilir ki, sən mənimsən...

 

Tanınmış sənətçilər Səməd VurğununAzərbaycanşeirini səsləndirib

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!...

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi...

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə cəmiyyətimizdə, xüsusilə yeniyetmə gənclər arasında vətənsevərlik ruhunun inkişafı, milli mədəni yaddaşın bərpası məqsədilə yeni videoçarx hazırlanıb.

 

Videoçarxda Azərbaycanın tanınmış sənətçiləri Səməd Vurğunun dillər əzbəri olanAzərbaycanşeirini səsləndirib.

 

Böyük şairin ölməz misraları xalq artistləri Ramiz Novruz, Alim Qasımov, Tünzalə Ağayeva və Fəxrəddin Manafovun dilində səslənib. Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://www.youtube.com/watch?v=Kihc7rSc3tw

 

Mədəniyyət.- 2020.- 16 oktyabr.- S.2.