Mədəniyyət və İncəsənət Universiteti tələbələrindən Ordumuza dəstək

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi də Silahlı Qüvvələrimiz tərəfindən düşmən ordusunun darmadağın edilməsi və cəbhədən gələn zəfər dolu xəbərlərə öz töhfəsini verməkdə davam edir.

 

Ali Baş Komandana, Ordumuza sonsuz inam aşılamaq, əsgərlərimizə və xalqımıza ruh yüksəkliyi bəxş etmək üçün universitetin ayrı-ayrı fakültələri tərəfindən müxtəlif layihələr həyata keçirilir.

 

Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının 3-cü kurs tələbələri “Əsgər” şeiri əsasında videoçarx hazırlayıblar. Həmin fakültənin Musiqili teatr aktyoru kafedrasının tələbələri hazırladıqları yeni videoçarxda Xalq şairi Səməd Vurğunun “Ananın öyüdüşeirini səsləndiriblər. Hər iki videoçarx universitetin rəsmi saytında yerləşdirilib.

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.4.