Qəhrəman şəhidə həsr olunan nağıl

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi kitabxanasının fəxri oxucusu, AYB-nin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis həyatını Vətən torpağının azad olunması yolunda fəda etmiş şəhidlərimizə həsr etdiyi silsilə nağılları təqdim edir.

 

Balaca oxucular və izləyicilər üçün təqdim edilən ilk nağıl şəhid Emin Əliyevə həsr olunub. Müəllif tərəfindən səsləndirilən nağıl yazıçının “Göydən alma düşmədi” kitabında yer alıb. Yazıçı Xəzər adlı dənizin sahilində Buzovna adlı qəsəbədə dünyaya göz açan, Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolu, şəhidlik zirvəsinə ucalması haqqında məlumat verir.

 

Müəllif inamla bildirir ki, işğal altında olan bütün Azərbaycan torpaqları azad olunacaq, bu vaxt Eminonun cəbhə dostları “ bulud”ların arasından doğma kəndinə, əziz məktəbinə əl edəcək, bu vaxt göydən məktəbin üzərinə çiçəklər səpiləcək.

 

Gülarə MunisEmin, sən ölməmisən!” kitabını şəhidin valideynlərinə təqdim edib.

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.6.