Düşüncə və dualarım Azərbaycanla bağlıdır

 

 

Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Sənətçi 766 min izləyicisi olanTwitter” səhifəsində ölkəmizlə bağlı paylaşımlarında düşüncə və dualarının Azərbaycanla bağlı olduğunu söyləyib.

 

Sami YusufFacebook” hesabında Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbəsi ilə bağlı paylaşımlar da edib. O, “BBC Newsda Azərbaycanla bağlı paylaşılmış xəbəri öz hesabının hekayə bölümünə yerləşdirib.

 

Beyond heartbreaking” (“Ürək ağrısından da artıq”) başlıqlı paylaşımda müğənni sözləri Azərbaycanın məşhur şairi Nəsimiyə aid olan “Sığmazam” qəzəlinə bəstələnmiş mahnısını da yerləşdirib.

 

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.8.