Euronews”un çəkiliş qrupu  atəşə tutulub

 

 

Azərbaycanın işğaldan azad edilmiş Talış Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirənEuronews”un çəkiliş qrupunun onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

 

Bunu Prezidentin köməkçisiPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev qeyd edib ki, xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib: “ÜzərindəEuronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli məqsədyönlü xarakter daşıyıb”.

 

Qeyd edək ki, “Euronews”un reportajında da raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə (https://vimeo.com/472347741) görünür.

 

Bundan əvvəl Azərbaycan media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, jurnalistlər arasında yaralananlar olub.

 

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələrinə qarşı erməni dairələri tərəfindən şantajlar təhdidlər olduğunu deyən H.Hacıyev Fransanın TF1 telekanalının əməkdaşının üzləşdiyi basqıları misal gətirib.

 

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi var və cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.2.