“Bölgələrdə vətənpərvərlik etüdləri”

 

Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bölgələrdə vətənpərvərlik etüdləri” adlı layihəsinə yekun vurulub.

 

Oktyabrın 26-da paytaxtdakı Şəhidlər xiyabanında layihə üzrə uğur qazanan müəlliflərin mükafatlandırma mərasimi keçirildi.

 

Layihənin kuratorları Elnurə və Aygün İsgəndərovalar bildirdilər ki, bu il avqust ayının 1-dən başlayan layihə respublikanın müxtəlif bölgələrində mədəniyyət, xüsusən də rəssamlıq sahəsində fəaliyyət göstərən gənclərə dəstək olmaq, yeniyetmə və gənclər arasında vətənpərvərliyin, milli dəyərlərin təbliğ olunması, bölgələrin tarixi-mədəni abidələrinin tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində gənc rəssamların 200-ə yaxın müraciəti qeydə alınıb, ekspertlər tərəfindən 100 rəsm əsəri layihədə iştirak üçün məqbul hesab edilib. Ölkəmizin bütün regionlarından gənc rəssamlar fəallıq göstərib. Layihə çərçivəsində “Facebook” üzərindən onlayn görüş və sərgi təşkil olunub.

 

Layihə üzrə I yerin qaliblərindən biri – Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan giziri Elçin Nəsirov çıxış edərək sərginin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd edək ki, E.Nəsirovun Zəngilan, Laçın mənzərələri, həmçinin “Nuru paşa. Qafqaz İslam Ordusutablosu böyük maraqla qarşılanıb.

 

Daha sonra qaliblərə diplommükafatlar təqdim olundu. Şəhidlər xiyabanını ziyarət edən iştirakçılar qazandıqları uğurları Azərbaycan Ordusunun cəbhədəki möhtəşəm zəfərlərə həsr etdiklərini vurğuladılar.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.3.