Həqiqəti görən və ona arxa çevirən məşhurlar

 

 

Dünya şöhrətli Avstraliya və ABŞ aktyoru, rejissor, “Oskar” mükafatçısı Rassel Krou Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə

 edərək, ölkəmizin ərazi bütövlüyünü təsdiq edən BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

Aktyor özİnstagram” hesabında türkiyəli həmkarları Cem Yılmaz, Yılmaz Ərdoğan və başqaları ilə birlikdə çəkilmiş fotolarını paylaşaraq yazıb: “Mən 30 il əvvəl olduğu kimi, indi də müharibəyə qarşıyam. Amma siyasətçilər də başa düşməlidirlər ki, BMT-nin qətnamələri kağız parçası deyil”.

 

Amerikalı aktyorrejissor Mel Gibson isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə dəstək paylaşımı ilə gündəmə gəlib. Onun tarixi həqiqəti görməzdən gələn addımı Nizami Kino Mərkəzinin də haqlı etirazına səbəb olub. Nizami Kino Mərkəzindən bildirilib ki, bu paylaşım M.Gibsonun tarixi gerçəklər haqqında heç bir məlumatının olmadığını göstərir və işğala, terrorçuluğa dəstək deməkdir.

 

Nizami Kino Mərkəzi amerikalı aktyorun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edib.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.3.