Yerlərdə mədəni həyat davam edir

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası Uşaq şöbəsinin oxu zalında pandemiya şəraitinə uyğun olaraq ara məsafəsi saxlanılmaqlaOrdumuzqürurumuzadlı tədbir keçirilib.

 

Uşaq şöbəsinin baş kitabxanaçısı Nazilə Əsədullayeva, kitabxananın əməkdaşı Gülnarə Fərzəliyeva çıxış edərək bildiriblər ki, Ordumuz bütün cəbhə boyu işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək Vətən torpağını azad edir, əsgərlərimiz döyüşlərdə rəşadət göstərirlər. Fəal oxuculardan Zəhra Fərzəliyeva, Məhəmməd Əliyev, Anar Əsədullayev, Ayna Mirzəbəyova başqaları Vətən qəhrəman əsgərlərimiz haqqında şeirlər söyləyiblər.

 

Quba rayon Mərkəzi kitabxanasının oxu zalındaVətənpərvərlik Vətənə xidmətin ali zirvəsidiradlı maarifləndirici tədbir keçirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova bildirib ki, Ordumuzun göstərdiyi qəhrəmanlıq bizdə qələbə sevincinin yaxınlaşmasına böyük inam yaradır.

 

Qarabağ müharibəsi veteranı, keçmiş tabor komandiri, ehtiyatda olan zabit, publisist  Kərim Dünyamalı qeyd edib ki, şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı doğma yurd yerlərində dalğalandırır.

 

Kitabxananın əməkdaşı Talehə Dəmirovanın “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı məruzəsi dinlənilib. SondaDoğma Qarabağ” adlı sərgiyə baxış olub.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon MKS Türkiyənin Mersin şəhərində videokonfrans formatında keçirilən beynəlxalq simpoziumda təmsil olunub. Konfransa Tatarıstan (Rusiya), Özbəkistan, Qazaxıstan, Pakistan, İsveçrə və digər ölkələrdən nümayəndələr qatılıb.

 

MKS-nin direktoru Könül Baxışova məruzəsində Azərbaycan-Türkiyə qardaşlığına diqqət çəkərək “iki dövlət bir millət” anlayışından söz açıb. Azərbaycan üçün tarixitaleyüklü əhəmiyyət kəsb edən bu günlərdə Türkiyədən göstərilən mənəvi dəstəyin önəmi vurğulanıb.

 

N.MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.3.