Məmər məscidi və Gürcülü türbəsi (Qubadlı)

 

 

 

Qubadlı rayonunun Məmər kəndindəki məscid ХVIII əsrdə inşa edilib. 1993-cü ilin avqustunda Qubadlı rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məscid tamamilə dağıdılıb.

 

Qubadlı rayonunda uzun illər işğal altında qalmış mədəni irs nümunələrindən biriGürcülü türbəsidir. Gürcülü kəndi ərazisindəki türbə XVIII əsrə aid tarixi-memarlıq abidəsidir.

 

Bu günlərdə müzəffər Azərbaycan Ordusu tərəfindən Qubadlının işğaldan azad edilməsindən sonra bu rayondakı tarixi-mədəni irs nümunələrinin tarixində yeni səhifə açılır.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.4.