Əsgərlərimizin dilindən “Əziz ana

 

 

Azərbaycan Radiosunda rəşadətli Ordumuzun qəhrəman əsgərlərinə həsr olunmuş yeni layihəyə start verilib.

 

Layihə 1-2 dəqiqəlik çarx şəklində təqdim olunur. Çarxlarda əsgərlərin analarına, həmçinin tanınmış simaların əsgərlərə məktub-müraciətləri səslənir.

 

Hərbçilərimizin səsi olan “Əziz ana” layihəsində əsgərlərimizin dilindən analarına yazılan məktubları eşidə bilərsiniz. Müharibə ilə bağlı bu səsli məktublar bizə Ordumuzun hər bir əsgərinin necə qəhrəmancasına şücaət sərgilədiyini xatırladır.

 

Hazırlanan çarxlar efirə hər 15 dəqiqədən bir verilir. Bu günə qədər 100-ə yaxın çarx hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.

 

Azərbaycan Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi sosial şəbəkə səhifələrində paylaşmaq məqsədilə həmin çarxları ekranlaşdırıb.

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.6.