Azad edilmiş torpaqlarımızın musiqiçiləri: Qubad Qasımov

 

 

Bu günlər müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Qarğabazar kəndini mənfur düşməndən azad edib. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyiAzad edilmiş torpaqlarımızın musiqiçiləri” rubrikasında həmin kəndin yetirməsi olan tanınmış musiqişünas, tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Qubad Qasımov haqqında məlumatı təqdim edib.

 

Qubad Abdulla oğlu Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində alıb. 1940-1944-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının İncəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləyib, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatrmusiqi şöbəsinin müdiri, baş elmi işçi olub.

 

Üzeyir Hacıbəyli ilə qohumluq əlaqəsi (bacanağı) olan musiqişünas dahi bəstəkarın ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların – “Ü.Hacıbəyov” monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), “Ü.Hacıbəyov. Biblioqrafiya” (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən “Ü.Hacıbəyov” biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir Hacıbəylinin ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidmətləri var.

Qubad Qasımov 1993-cü ildə vəfat edib.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.7.