İstanbulun tarixi rəssam Rafiq Əzizin əsərlərində

 

İstanbulda Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin rəsm sərgisi açılıb. Ekspozisiya İstanbulun Üsküdar rayonunda yerləşən Sahil Nevməkan sərgi salonunda təşkil olunub.

 

Tədbirdə çıxış edən professor Rafiq Əziz qonaqları salamlayaraq sərgi haqqında ziyarətçilərə məlumat verib. Bildirilib ki, İstanbul tarixini özündə əks etdirən sərgidə yağlı boya ilə çəkilmiş 44 rəsm əsəri nümayiş etdirilir.

 

Tədbirdə Üsküdar Bələdiyyəsinin başqanı Hilmi Türkmən və sənətsevərlər iştirak ediblər.

 

Sərgi dekabrın 20-dək davam edəcək.

 

Qeyd edək ki, rəssam Rafiq Əziz hələ 1992-ci ildə, birinci Qarabağ müharibəsində ata və anasını itirən 10 us­̧ag­̆ı İstanbulun “İstək vəqfi”nə gətirib və onların İstanbulda təhsil almalarına kömək edib. 1992-ci ildən etibarən İstanbulda yas­̧ayan rəssam Yeditəpə Universitetində dərs deyir.

 

Rəssamın Türkiyənin dövlət muzeylərində tarixi mövzuları özündə əks etdirən 170-ə yaxın rəsm əsəri var. Bundan əlavə, Rafiq Əzizin yeddi əsəri Türkiyənin Dövlət Zərbxanasında 50 və 20 türk lirəsi xatirə gümüş̧ pul üzərinə həkk olunub.

 

MEHPARƏ

Ankara

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.8.