“Azərbaycanın Milli Qəhrəmanları”  elektron məlumat bazası

 

 

Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır. Qəhrəmanlar heç vaxt unudulmur. Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Son dövrlərin Qarabağ savaşı bir daha göstərdi ki, müstəqil Azərbaycan doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.

 

Dövlətimizin, torpaqlarımızın bütövlüyü, azadlığı uğrunda rəşadətlə mübarizə aparan, canını fəda edən qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə informasiya bazasının yaradılması mühüm məsələlərdən sayılır. Bu məqsədlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazasında Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda rəşadətlə döyüşən və canından keçən Milli Qəhrəmanlar haqqında məlumatlar əks olunub. Bu gün ölkəmizdə əsl Vətən müharibəsinin getdiyi bir zamanda belə bir bazanın təqdim olunması xüsusilə əhəmiyyətlidir və gənc əsgərlərimizi qələbəyə daha da ruhlandırır. Qələbə bizimlədir, Azərbaycan əsgəri!

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.6.