Gözəgörünməz düşmənlə mübarizəni də unutmamalıyıq

Xüsusi karantin rejiminin müddəti daha bir ay uzadılıb

 

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Bundan öncə Sabirabad, Şəki, Lənkəran, Quba, Mingəçevir, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, QaxZaqatalada da yoluxma sayının artması qeydə alınmışdı.

Bununla bağlı sözügedən rayon və şəhərlərdə, eləcə də ayrı-ayrı kəndlərdə operativxüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış 1 dekabr tarixinədək dayandırılır.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında dekabrın 1-dək həftəsonları (şənbə və bazar) ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan əlavə, 2020-ci il 1 dekabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu, Nazirlər KabinetininXüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargah bir daha vətəndaşları COVİD-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, tibbi maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırır.

 

Mədəniyyət .- 2020.- 30 oktyabr.- S.2.