Qarabağ Azərbaycandır!”

 

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi açılıb.

Sərgidə “Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər” və bu qəbildən digər kitabların elektron versiyaları yer alıb.

***

Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələr də “Qarabağ Azərbaycandır!” deyirlər.

Təhsil Nazirliyindən bildirilib ki, bununla bağlı “Təhsil” televiziyası əcnəbi tələbələrin iştirakı ilə videoçarx hazırlayıb.

Mədəniyyət .-2020.- 30 oktyabr.- S.4.