İzmirdə keçirilən sərgidə “Qarabağ xalçası”

Türkiyənin İzmir şəhərində keçirilən sərgidə azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarovanın “Qarabağ xalçası” əsəri nümayiş olunur.

Bu barədə məlumat verən rəssam bildirib ki, Torbalı Mədəniyyət Mərkəzində təşkil olunan sərgiyə Türkiyənin 120 rəssamı qatılıb. O deyib: “Qarabağ xalçası” əsərimi təqdim etməkdə əsas məqsəd son zamanlar Qarabağda baş verən hadisələrə diqqət çəkməkdir. Bildiyiniz kimi, İzmirdə ermənilər də yaşayır. Onlar da sərgiyə baxmağa gəlirlər. Mən digərləri kimi onların da Qarabağa aid əsərimi görməsini istədim. Bu, mənim üçün çox vacibdir. Yağlı boya ilə çəkilən əsərdə Azərbaycan qadınının övlad sevgisi həkk olunub. Rəsmdə Azərbaycanın milli geyimində bir ana övladı ilə birgə Qarabağ xalçası fonunda əks olunub”.

Mədəniyyət  2020.- 30 oktyabr.- S.8.